• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

 Nazirlərimiz arasında Azərbaycanda təhsil alanlar var - Karlos Pinto Pereiran

SİYASƏT

02 Dekabr 2024 | 12:12

 Nazirlərimiz arasında Azərbaycanda təhsil alanlar var - Karlos Pinto Pereiran

Qvineya-Bisaunun Bakıya səfərə gələn nümayəndə heyətinin tərkibində, o cümlədən ölkənin rəhbər şəxsləri arasında vaxtilə Azərbaycanın ali təhsil müəssisələrini bitirən şəxslər var.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu ölkənin xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiran deyib.

Görüş zamanı o, Azərbaycan tərəfinin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsini qeyd edib.

Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edilib, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR