• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazirlikdən koronavirus pandemiyası ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ

CƏMİYYƏT

08 Iyul 2022 | 12:40

Nazirlikdən koronavirus pandemiyası ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ

Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumatda bildirilib ki, səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.

"Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur", - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026