“Məktəbə qəbulla bağlı təhsil müəssisəsinin direktoru və müəllimi valideynlərdən "şirinlik" istəməsi qeyri-qanunidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Şöbəsinin müdir müavini Orxan Abbasov 2023-2024-cü tədris ili üzrə I sinfə şagird qəbulu ilə bağlı sualları cavablandırarkən bildirib.
O qeyd edib ki, valideynlər öz hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına, regional təhsil idarələrinə və nazirliyə müraciət edə bilərlər: “Beləliklə tədrisin təşkili ilə bağlı prsesdə bizə də kömək etmiş olarlar. Məktəbə qəbul elektron sistem vasitəsilə aparılır. Sistem sizi məktəbə qəbul edibsə, məktəb buna etiraz edə bilməz”.
Ramid İbrahimov








jpg-1686376115.webp)







