• Bakı 15° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Su kanalında kişi meyiti tapıldı

CƏMİYYƏT

10 Iyun 2023 | 09:25

Su kanalında kişi meyiti tapıldı

Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü İslamov Rəşad Eldar oğlunun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb.

O, spirtli içki aludəçisi və epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

31 Mart 2026