Qaradağ rayonunda yerləşən məşhur “Narşərab” restoranında yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a hadisə şahidləri məlumat veriblər
Hadisə barədə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətindən bildirilir ki, FHN-in “112” qaynar xəttinə “Narşərab” restoranının tüstü bacasında ani alışma baş verməsi barədə məlumat daxil olub. Yanğın qısa müddətdə söndürülüb.
















