• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Fazil Qasımov həbs edildi - YENİLƏNİB

CƏMİYYƏT

08 Avqust 2023 | 17:24

Fazil Qasımov həbs edildi - YENİLƏNİB

Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Fazil Qasımovun barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fazil Qasımova Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və o, Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilib.

Xatırladaq ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

09:07

Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, məlumat DİN-in mətbuat xidmətindən  təsdiqlənib.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR