• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Həmyerlimiz boğazı üzərək keçdi - FOTOLAR

CƏMİYYƏT

07 Sentyabr 2023 | 16:20

Həmyerlimiz boğazı üzərək keçdi - FOTOLAR

Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəbəllüttariq boğazını üzərək keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, idmançımız ümumilikdə 16,2 km məsafəni qət edib.

Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır:

“Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır”.

Qeyd edək ki, B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.


Həmyerlimiz boğazı üzərək keçdi - FOTOLARHəmyerlimiz boğazı üzərək keçdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026