• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Onlara yeni agentlikdə vəzifə verildi

CƏMİYYƏT

07 Oktyabr 2023 | 16:09 | Müəllif: Subhan Mahmudov

Onlara yeni agentlikdə vəzifə verildi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.

Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Mehriban Vəliyeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar.

Mehriban Vəliyevaya həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi həvalə olunub .

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə müvafiq əmrlər imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026