• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

TDT nazirləri Heydər Əliyev Mərkəzində oldular - FOTOLAR

CƏMİYYƏT

07 Sentyabr 2023 | 16:11

TDT nazirləri Heydər Əliyev Mərkəzində oldular - FOTOLAR

Sentyabrın 7-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Mərkəzdə qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Foto və videomateriallar vasitəsilə onlara ulu öndər Heydər Əliyevin mənalı həyat yolu haqqında maraqlı faktlar təqdim olunub.

Xalqımızın ən çətin və ağır günlərində onunla birlikdə olan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən faktlar qonaqlarda dərin təəssürat yaradıb.


TDT nazirləri Heydər Əliyev Mərkəzində oldular - FOTOLARTDT nazirləri Heydər Əliyev Mərkəzində oldular - FOTOLARTDT nazirləri Heydər Əliyev Mərkəzində oldular - FOTOLARTDT nazirləri Heydər Əliyev Mərkəzində oldular - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026