• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İcra Hakimiyyətindən Bakıvaxtı.az-ın yazısına REAKSİYA: İrad bildirilib - VİDEO

CƏMİYYƏT

07 Sentyabr 2023 | 16:42 | Müəllif: Qalib İbrahimoğlu

İcra Hakimiyyətindən Bakıvaxtı.az-ın yazısına REAKSİYA: İrad bildirilib - VİDEO

Bir neçə gün əvvəl Səbail rayon Mənzil-İstismar Sahəsinin vəzifəli əməkdaşının küçədə süpürgəçini təhqir etməsi barədə yazmışdıq.

Bakıvaxtı.az xəbər verir ki, olayla bağlı Səbail rayon İcra Hakimiyyəti açıqlama yayıb.

Bldirilir ki, qeyd olunan məsələ İcra Hakimiyyəti tərəfindən araşdırılıb.

"Heç bir təhqiredici ifadənin işlədilməsi halı aşkar edilməyib. Müşahidə olunan nöqsanla əlaqəli irad bildirilib", - deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, haqqında danışılan hadisə iki gün əvvəl - sentyabrın 5-də Bakı şəhəri, Səbail raronu, Bünyad Sərdarov küçəsində, İran səfirliyinin binası qarşısında baş verib. Belə ki,  Səbail rayon Mənzil-İstismar Sahəsinin Mehman adlı məsul şəxsi ictimaiyyət içərisində həmin ərazidə təmizlik işləri görən yaşlı süpürgəçi qadını təhqir edib, onun şərəf və ləyaqətini alçaldıb.

Həmin şəxs səs tonunu yüksəldərək, süpürgəçiyə digər ağacların da altının süpürülməli olduğunu bildirib. Süpürgəçi isə “Millətin içərisində mənə niyə qışqırırsan, ora mənin ərazim deyil” deyərək məmurun təhqirinə cavab verib.

Qeyd edək ki, dövlət məmurunun ictimaiyyət içərisində işçilərinə qarşı bu cür acımasız və kobud rəftarı hüquqi məsuliyyət yaradır.

Nərgiz Məmmədli


İcra Hakimiyyətindən Bakıvaxtı.az-ın yazısına REAKSİYA: İrad bildirilib - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026