• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təyin olundu

CƏMİYYƏT

08 Avqust 2023 | 19:25 | Müəllif: Subhan Mahmudov

Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təyin olundu

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq avqustun 12-13-nə əlavə qatar reysləri təyin edib.

Bakıvaxtı.az QSC-yə istinadən xəbər verir ki, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə Bakıdan hər gün saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026