• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Məktəblərdə yayıla bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

07 Sentyabr 2023 | 17:53

Məktəblərdə yayıla bilər - Mütəxəssisdən XƏBƏRDARLIQ

Məktəblər kimi sıx mühitlərdə virus və bakteriyaların səbəb olduğu tənəffüs yolu, göbələk infeksiyaları və bit xəstəlikləri təsbit edilə bilər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu xəbərdarlığı Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Esra Çelik Kuzaytəpə edib.

Həkim məktəb yaşındakı uşaqların immun sistemini gücləndirmək üçün balanslaşdırılmış, uyğun miqdarda sağlam qidalanmasını tövsiyə edir: “Xəstəliklərin ən çox görülən əlamətləri; qızdırma, burun axması, öskürək, asqırma, boğaz ağrısı, qulaq ağrısı, gözlərin qızarması, ishal, qusma, dəri qabıqlanmasıdır”.

Onun sözlərinə görə, viral xəstəliklər üçün dəstəkləyici müalicə təmin edilsə də, A qrupu beta hemolitik və streptokok infeksiyaları kimi bakterial infeksiyalar üçün antibiotiklərdən istifadə etmək olar: “Nəzarətli ambulator müalicəni təmin edə bilsək də, yaxından izləmə və müalicə üçün bəzi xəstələrimizi xəstəxanaya yerləşdirməyi tövsiyə edirik. Baş biti aşkar etdiyimiz zaman müalicə məqsədilə şampun tövsiyə edə bilərik”.

Kuzaytəpə uşaqları infeksiyadan qorumaq üçün ailədə onlara gigiyena qaydalarının öyrədilməli olduğunu vurğulayıb: "Uşaqlarımıza burnunu siləndən, tualetə gedəndən sonra, yeməkdən əvvəl və sonra, oyun oynadıqdan sonra tez-tez əllərini yumağı xatırlatmalıyıq. Xəstə uşaqlarımızı məktəbə göndərməməliyik, çatışmayan peyvəndlərini tamamlamalıyıq. Hava şəraitinə uyğun geyinməliyik".

O, uşaqlara həkim nəzarəti olmadan verilən vitaminlərin zərərləri mövzusuna toxunub: "Müayinə nəticələrinə görə vitamin əlavələrindən istifadə övladlarımıza xeyir verəcək, əks halda hətta zərər də verə bilər. Bəzi vitaminlərin artıqlığı orqanizmimizə zərər verə bilər. Effektivliyi, təsir miqdarı və əks təsirləri bizə təsir edən qida əlavələrindən istifadə etmək düzgün deyil".

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026