• Bakı 13° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bakı-Sumqayıt yolu ilə bağlı vacib yenilik - VİDEO

CƏMİYYƏT

07 Oktyabr 2023 | 17:34

Bakı-Sumqayıt yolu ilə bağlı vacib yenilik - VİDEO

Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, zolağın yolun “Şamaxinka” adlanan ərazidən Masazır dairəsinədək olan hissəsini əhatə edəcəyi bildirilir.

Artıq yolun böyük hissəsində xüsusi zolağın çəkilişi başa çatdırılıb.

İşlər tam başa çatdıqdan sonra avtobus zolağına daxil olan minik avtomobilləri inzibati qaydada cərimələnəcək.

Qeyd edək ki, Bakı-Sumqayıt yoluna avtobus zolağının çəkilməsi xeyli vaxt idi müzakirə edilirdi. Bu yolda yüzlərlə iritutumlu avtobusun tıxacda qalması etirazlara səbəb olurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR