Bəzən Avropa hava limanlarında ucsuz-bucaqsız "tıxaclar"la rastlaşırsan. Bəs belə növbələrdə qalmamaq üçün nə etmək olar?
Bakıvaxtı.az-ın məlumatına görə, "Hopu per" Agentliyi həftənin ortasında və daha az adam və gecikmələr olan səhər uçmağı tövsiyə edir. Bildirilir ki, regional hava limanlarını seçmək və vaxtaşırı səyahət planınıza təkcə təyyarələri deyil, həm də digər nəqliyyat növlərini, məsələn, qatarları daxil etmək daha yaxşıdır.
Agentlik uçuşun ləğvinə qarşı zəmanət almğı tövsiyə edir: "Onda siz istənilən daşıyıcıda biletləri yenidən bron edə və növbəti reysdə pulsuz uça və ya pulu geri ala bilərsiniz".
Digər tövsiyələrə görə, planlaşdırarkən, mümkün uğursuzluqları nəzərə alın, manevr üçün ehtiyat günü əlavə edin.
Nuranə Daxilqızı
















