• Bakı 18° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Dəhşətli qəza: 19 məktəbli həlak oldu - VİDEO

DÜNYA

18 Sentyabr 2022 | 00:29 | Müəllif: Subhan Mahmudov

Dəhşətli qəza: 19 məktəbli həlak oldu - VİDEO

CAR-ın cənub-şərqində məktəb mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 21 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Kvazulu-Natal əyalətinin Ponqola şəhəri yaxınlığındakı magistral yolda baş verib.

Yük maşınının sürücüsü ötmə əməliyyatı etmək istəyən zaman idarəetməni itirərək məktəb mikroavtobusuna çırpılıb. Ölənlərin 19-u 5-12 yaş arası uşaqlardır.

Polisin məlumatına görə, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Onun axtarışı davam edir.

Yolun qəza baş verən hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026