• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Kiyev İranı Rusiyaya silah tədarükünü dayandırmağa çağırdı

DÜNYA

18 Oktyabr 2022 | 00:10 | Müəllif: Subhan Mahmudov

Kiyev İranı Rusiyaya silah tədarükünü dayandırmağa çağırdı

Ukrayna Xarici İşlər Nazirliyi İranı Rusiyanın “hərbi təcavüzünün ortağı” adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

İttihamın əsası Rusiya ordusunun İran istehsalı pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı məlumatlar olub. Kiyev İslam Respublikasını Rusiyaya silah tədarükünü dərhal dayandırmağa çağırıb.

"Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə Rusiyanın ukraynalılara qarşı terrora kömək etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb", - Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunan press-relizdə deyilir. (modern)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026