• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İsveç Ukraynaya ən böyük hərbi yardım paketini açıqladı

DÜNYA

16 Noyabr 2022 | 20:44 | Müəllif: Subhan Mahmudov

İsveç Ukraynaya ən böyük hərbi yardım paketini açıqladı

İsveç Ukraynaya üç milyard kron (287 milyon dollar) dəyərində bu günə qədər ən böyük müdafiə yardımı paketini təqdim etməyi planlaşdırır.

Paketə hava hücumundan müdafiə sistemi də daxildir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson məlumat verib.

“Bu, əvvəlki səkkiz paketin hamısının cəmindən daha böyük hərbi dəstək paketidir”, - deyə Kristersson qeyd edib.

O vurğulayıb ki, yardım paketi Ukrayna hökumətinin istəkləri və prioritetləri əsasında formalaşdırılıb.

İsveçin müdafiə naziri Pel Conson öz növbəsində bildirib ki, yeni hərbi avadanlıqlar paketinə silahlı qüvvələrin sərəncamındakı hava hücumundan müdafiə sistemi və sursatlar daxildir. Bu sursatlar Ukraynanı son həftələrdə Rusiyanın irimiqyaslı raket hücumlarından qorumaq üçün nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR