“Partlayış nəticəsində yaralanan şəxslər evə buraxılıblar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hadisədən bir saat sonra partlayışı törədən şəxs tutulub: “O əməlini etiraf edib. Məlum olub ki, həmin şəxsin qardaşı terror təşkilatının üzvü olub. O, 2014-cü ildə zərərsizləşdirilmişdi”.
S.Soylunun sözlərinə görə, terror qruplaşmalarının Türkiyədə həyata keçirməyi planlaşdırdıqları partlayışların çoxunun qarşısı alınır: “Sabitliyimizi pozmaq istəyənlərə imkan verilməyəcək. Mübarizəmiz davam edəcək”.
Nazir terror aktı ilə bağlı istintaqın davam etdiyini vurğulayıb.
11:15
Türkiyənin Diyarbəkir əyalətində Çevik polis qüvvələrinin maşınına yönəlmiş partlayışı törətməkdə şübhəli bilinən daha 3 nəfər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ümumi olaraq saxlanılanların sayı 5 çatıb.
Diyabəkir valisi Ali İhsan Su və Türkiyə səhiyyə naziri Fəxrəddin Koca yaralıların vəziyyətin stabil olduğunu, ölüm təhlükəsi olmadığını bildiriblər.
09:02
Türkiyədə avtomobil partlayıb.
Bakıvaxtı.az-ın "Haber Global"a istinadla xəbər verir ki, hadisə Diyarbəkir-Mardin yolunda qeydə alınıb.
Küçədə park edilmiş avtomobil polis maşını keçərkən partlayıb.
Partlayışda yaralanan 8 polis təcili yardım briqadası tərəfindən xəstəxanalara aparılıb.
Daxili işlər naziri Süleyman Soylu "Twitter" paylaşımında hadisəylə bağlı iki nəfirin saxlanıldığını bildirib.
Xəstəxanaya aparılanların həyati təhlükəsi yoxdur.
Aytac Aslan
















