• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İbrahim Kalın Sallivan ilə müzakirə apardı

DÜNYA

17 Oktyabr 2022 | 22:15 | Müəllif: Subhan Mahmudov

İbrahim Kalın Sallivan ilə müzakirə apardı

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, danışıq zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq, Ukraynadakı müharibə, Egey və Aralıq dənizində vəziyyət və digər regional məsələlər müzakirə edilib.

Bundan əlavə, Kalın “F-16” qırıcılarının tədarükü və modernizasiyasına dair Türkiyənin tələbinin ABŞ Konqresi tərəfindən təsdiqləmə prosesinin qeyd-şərtsiz tamamlanması ilə bağlı gözləntilərini ifadə edib.

Danışıq zamanı bu prosesdə ABŞ Administrasiyasının dəstəyindən məmnunluq ifadə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026