Ötən il nəqliyyat dəhlizlərində yük dövriyyəsinin həcmi 13 milyard 198,3 milyon ton olub.
Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% və ya 322,3 milyon ton çoxdur. Belə ki, 2023-cü ildə nəqliyyat dəhlizlərində yük dövriyyəsinin həcmi 12 milyard 876 milyon min ton idi.
Qeyd edək ki, ötən il Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 982,4 min ton, o cümlədən, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 394,2 min ton təşkil edib. Yüklərin 15 milyon 277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 10090,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18840,1 min tonunu tranzit yüklər təşkil edib.