• Bakı 15° C

    5.81 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 2% artıb

İQTİSADİYYAT

20 Mart 2025 | 16:39

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 2% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 213,195 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 6 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 1,8 % azalaraq 97,702 milyon ABŞ dolları (ümumi ixracın 11,7 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 5,5 % azalaraq 115,493 milyon ABŞ dolları (ümumi idxalın 4,2 %-i) olub.

İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 15,6 % artaraq 3 milyard 567,567 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 4 % artaraq 835,357 milyon ABŞ dolları, idxalın dəyəri isə 19,6 % artaraq 2 milyard 732,209 milyon ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR

01 Aprel 2025