• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nömrəsiz maşın sürən şəxslər saxlanıldı

CƏMİYYƏT

12 Sentyabr 2023 | 20:35 | Müəllif: Subhan Mahmudov

Nömrəsiz maşın sürən şəxslər saxlanıldı

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan, avtomobillərə əlavə avadanlıq quraşdıran və dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülərə qarşı tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şəhərin müxtəlif ərazilərində bu istiqamətdə keçirilən tədbirlər zamanı sadalanan qayda pozuntularına yol verən şəxslər yol polisi tərəfindən müəyyən edilib. Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026