• Bakı 17° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

“Noyemberyanda Azərbaycan bayrağı dalğalanır” - erməni polkovnik

Gündəm

06 May 2024 | 11:05

“Noyemberyanda Azərbaycan bayrağı dalğalanır” - erməni polkovnik

“Tavuş istiqamətində 8 mövqe təhvil verilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Pastinfo”nun efirində erməni polkovnik Vladimir Ohanesyan deyib.

Onun sözlərinə görə, bunun ardınca Geqarkunikdə 12, Qafanda isə 5 kəndin sərhədinin müəyyənləşdirilməsi ilə bağlı işlər aparılacaq. 

Ohanesyan bildirib ki, hazırda Noyemberyanda qohumunun xidmət etdiyi mövqedə artıq Azərbaycan bayrağı dalğalanır. 

“Bizimkilər artıq geri çəkilib, burada söhbət kilsənin qarşısında sol və sağ tərəfdən 7-9 kilometrlik ərazidən gedir”, - deyə erməni polkovnik qeyd edib.


SON XƏBƏRLƏR

18 May 2024