Məşhur “Nu, poqodi!” cizgi filminin yeni versiyasının treyleri təqdim edilib.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Soyuzmultfilm” studiyası treyleri “YouTube”da yayımlayıb.
Cizgi filminin yeni versiyasında bəzi məsələlərdə dəyişiklik edilib. Bu dəfə canavarın içki içməsi və siqaret çəkməsi ssenaridən çıxarılıb, əvəzində o video-oyun aludəçisinə çevrilib.
Cizgi filminin dekabrda göstəriləcəyi bildirilir.
Həmin görüntüləri təqdim edirik:
















