Məşhur türkiyəli aktyor Sezai Aydın 69 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az “Hürriyet”ə istinadən xəbər verir ki, o, 20 gündür müalicə olunduğu Ümraniye Özel Afiyet xəstəxanasında vəfat edib.
Aydının ölümünə səbəb ürək çatışmazlığı olub.
Qeyd edək ki, S.Aydın 1952-ci il fevralın 15-də Ankarada anadan olub. O, tamaşaçılara “Yahşi cazibe”, “Gönül işleri”, “Avrupa yakası” və s. seriallardan tanışdır.
Aktyorun həyat yoldaşı - qadın haqları müdafiəçisi və psixoloq Fatma Çiğdem Aydın bu ilin noyabrında 60 yaşında xərçəngdən vəfat edib.
















