"Erkenci Kuş" serialındakı rolundan sonra şöhrəti Türkiyə sərhədini aşan Can Yaman İtaliyada da böyük pərəstişkar toplayıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir İtaliyada yaşayan məşhur aktyor "Sana Mail Var" (C'e Posta Per Te) proqramında iki qadın pərəstişkarına sürpriz edib. Belə ki, gəncin anası və nənəsi üçün hazırladığı sürprizdə türkiyəli aktyor da iştirak edib.
Gənc yaşda atası tərəfindən tərk edilən Emanuele Can Yamanı onu böyüdən iki qadınla tanış etmək istəyib. Qadınlar Can Yamanı görəndə böyük sevinc yaşayıblar.
Can Yaman bu proqramdan 100 min avro qazanıb.
Aytac Aslan
















