• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış müğənni masajçı kimi çalışır - FOTO

MƏDƏNİYYƏT

16 Fevral 2022 | 16:28 | Müəllif: Qalib İbrahimoğlu

Tanınmış müğənni masajçı kimi çalışır - FOTO

"Xalq ulduzu" yarışmasının iştirakçısı olan müğnni Şəhla Həmidova hazırda gözəllik salonunda masaj ustası kimi çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda "Günün sədası" proqramında süjet yayımlanıb.

O bildirib ki, toylara getmir:

"Pul qazanacağım yer bir toydu. Ora da bu gün kimi aparırlar göz qabağındadır. Mən "üç badam, bir qoz" mahnıları oxuya bilmirəm, oxumayacam da. Salonda masaj edirəm, əlimdən gələn qədəri...".

Şəxsi həyatında problem yaşayan ifaçı "Şəxsi həyat da olmadı. İkinci dəfə ailə qurmaq təklifi olmayıb. İndi ailə quranlar arxalı yer axtarır: alacaqları qızın ana-atasının yaxşı işi olsun. Məni bir övladla kim alar? Tək uşağımı oxutdum, liseyi, sonra universiteti bitirdi. İndi çox vaxt o mənə dəstək olur" sözlərini əlavə edib (axsam).


Tanınmış müğənni masajçı kimi çalışır - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026