• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Reper cinsi istismarda ittiham olunur 

MƏDƏNİYYƏT

18 Yanvar 2022 | 20:33 | Müəllif: Subhan Mahmudov

Reper cinsi istismarda ittiham olunur

"O səs Hollandiya" mahnı müsabiqəsinin yayımı dayandırılıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb yarışmanın adının cinsi istismar iddialarında hallanması olub.

Bildirilib ki, şounun heyətinin seksual xarakter daşıyan davranışları və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddialarına görə proqram müvəqqəti olaraq ləğv olunub. Bundan başqa verilişin komandasına qarşı istintaq başladılıb.

Qalmaqalın üzə çıxmasından sonra proqramın qrup rəhbəri Cerun Ritbergen də istefa verib. O, bütün bunlardan xəbərsiz olduğunu açıqlayıb.

Vəkillərin sözügedən məsələ ilə bağlı verdiyi açıqlamalarda proqramın münsifi, reper Ali B-nin adı çəkilib. Lakin o, iddihamları sosial media hesabında paylaşım edərək rədd edib.

Ölkə prokurorluğu cinayət işinin açıldığını təsdiqləyib. Hazırda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026