Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidməti tərəfindən qoruqlarda ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki. bunu mədəniyyət naziri Anar Kərimov Nazirliyin kollefiya iclasında deyib.
Onun sözlərinə görə, bu abidələrin ümumilikdə 42-si Qarabağa, 30-u isə Şuşaya aiddir.
"Eyni zamanda Çıraqqala abidəsində bərpa və konservasiya işləri davam etdirilib", - deyə nazir qeyd edib.
Aytac Aslan
















