• Bakı 30° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Ölüm kağızı almaq da müşkülə çevrilib

CƏMİYYƏT

14 Iyul 2025 | 11:40

Ölüm kağızı almaq da müşkülə çevrilib

"İmişlidə əksər yas məclislərində məndən ölüm kağızının alınması ilə bağlı kömək istənilir. Prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirilib və tələblər yüksəlib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərimizə söykənir. 

Deputat qeyd edib ki, xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir. 

"Yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına düşmür belə. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir".

R.Nurullayev nəzərə çatdırıb ki, əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. 

"Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı?. Məntiqli sual deyilmi? Təklif edirəm ki, ölüm kağızının və dəfn pulunun ödənilməsi ilə bağlı problemlərin həlli üçün qanun və qaydalarda sadələşdirilmə aparılsın".

Mina Mikayılova


SON XƏBƏRLƏR