• Bakı 20° C

    5.85 m/s

“Omikron” və “Delta” ştamlarının fərqləri AÇIQLANDI

DÜNYA

01 Fevral 2022 | 10:14 | Müəllif: Subhan Mahmudov

“Omikron” və “Delta” ştamlarının fərqləri AÇIQLANDI

Yeni koronavirusun "omikron" ştammı "delta" ştamından əhəmiyyətli dərəcədə daha yüngül pnevmoniyaya səbəb olur.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Tokio Universitetinin Elmi Tibb üzrə Tədqiqat Mərkəzinin mütəxəssisləri apardıqları araşdırmalardan sonra belə qənaətə gəliblər.

Qeyd olunur ki, ekspertlər hamsterlər üzərində tədqiqatlar aparıb və müəyyən ediblər ki, "omikron" ştamı ilə yoluxma zamanı ağciyərlərin zədələnmə dərəcəsi "delta" ştamı ilə yoluxma ilə müqayisədə xeyli aşağı olur.

Ancaq o da qeyd olunur ki, hətta "omikron" ştmmı vəziyyətində hamsterlər arasında ölümcül hallar qeydə alınıb.

Yapon mütəxəssisləri vurğulayırlar ki, "omikron" ştamının pnevmoniyanın daha yüngül formasına səbəb olduğu üçün sayıqlığı azaltmaq olmaz, çünki yaşlılar və xroniki xəstəlikləri olan insanlar hələ də risk altındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026