• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Zelenski xalqa müraciət etdi: Vətən Müharibəsi...

DÜNYA

03 Mart 2022 | 09:20

Zelenski xalqa müraciət etdi: Vətən Müharibəsi...

"Biz ukraynalılar üçün bu, Vətən Müharibəsidir. Bu cür müharibələrin necə başladığını xatırlayırıq. Və biz onların işğalçılar üçün necə bitdiyini bilirik. Hara getsələr, hər yerdə məhv olacaqlar. İşğalçılar ukraynalılardan cavab alacaqlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Onun sözlərinə görə, ukraynalılar, hər bir işğalçı bilməlidir: onlar burada heç nə əldə etməyəcəklər, heç kimi fəth etməyəcəklər: "Daha çox texnika və daha çox insan gətirə bilsələr belə, bu, onlar üçün heç nəyi dəyişməyəcək".

Zelenski deyib ki, işğalçılar hara getsələr, hər yerdə məhv olunacaqlar: "Onların burada dincliyi olmayacaq, burada yeməkləri olmayacaq, burada bircə an da olsa rahatlıq tapmayacaqlar. İşğalçılar ukraynalılardan yalnız bir şey alacaqlar - cavab, şiddətli cavab, elə bir cavab ki, onlar əbədi yadda saxlayacaqlar ki, biz özümüzünküdən əl çəkmirik”.

Ukrayna Prezidenti qeyd edib ki, işğalçıların sayı onlarla çox olmasına baxmayaraq, onların əhval-ruhiyyəsi durmadan pisləşir: "Getdikcə daha çox işğalçı bizdən, sizdən, düşməni qovan hər kəsdən... güllə atan hər şeydən Rusiyaya geri qaçır. Amma ukraynalılar düşməni silahsız da əzir”.

Prezident Ukraynanın Konotop, Baştanka, Enerqodar, Melitopol və digər şəhər və kəndlərinin işğalçıları irəi buraxmayan, onların yolunu kəsən qəhrəman dinc sakinlərinin səmimiyyətlə heyranı olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026