• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Onlayn oyunlara qurşanan tələbənnin itkin düşməsinin detalları - VİDEO

CƏMİYYƏT

09 Sentyabr 2024 | 20:13

Onlayn oyunlara qurşanan tələbənnin itkin düşməsinin detalları - VİDEO

Siyəzəndə gəncin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az APA TV-yə istinadən xəbər verir ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

Yaxınları bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan Mahmud bir müddət əvvəl onlayn oyunlara qurşanıb. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar.

İtkin düşən gəncin atası Kamal Məlikovun sözlərinə görə, oğluna aid telefon və siqaret Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində tapılıb.

Mahmud Məlikovun özünü kanala atdığı ehtimal edilir.
 

 


SON XƏBƏRLƏR

16 Sentyabr 2024