• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Orban: Brüssel Sorosun cibindədir

DÜNYA

17 Yanvar 2025 | 14:05

Orban: Brüssel Sorosun cibindədir

"Brüssel Sorosun cibindədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth Radiosu"na müsahibəsində deyib.

O qeyd edib ki, Brüssel onların pulları hesabına Soros şəbəkəsini maliyyələşdirir:

"Avropada qlobalist təsirlərə qarşı mübarizə vacibdir. 2025-ci il Soros şəbəkəsinin Avropadan təsirinin aradan qaldırılması üçün həlledici ildir. Ümid edir ki, digər vətənpərvər Avropa liderləri qitədə suverenliyin bərpası üçün Macarıstana qoşulacaqlar".

Macarıstanın enerji təhlükəsizliyi məsələsinə də toxunan Baş nazir artan enerji qiymətlərini ölkəsinin iqtisadiyyatı üçün böyük risk kimi qiymətləndirib.

Orban Macarıstanın "Türk Axını" boru kəmərini qorumaq öhdəliyini yenidən təsdiq edərək bunu “Macarıstan iqtisadiyyatının həyat xətti” adlandırıb və 2030-cu illərin əvvəllərində "Paks 2" AES istifadəyə verilənə qədər Macarıstanın ağıllı enerji siyasətinin vacibliyini vurğulayıb.


SON XƏBƏRLƏR