• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putinlə Trampın Ərəbistan görüşü: Ukrayna olmayacaq!

DÜNYA

16 Fevral 2025 | 10:51 | Müəllif: Subhan Mahmudov

Putinlə Trampın Ərəbistan görüşü: Ukrayna olmayacaq!

Ukraynanın Səudiyyə Ərəbistanında ABŞ və Rusiyanın iştirakı ilə aparılacaq danışıqlarda təmsil edəcək nümayəndələri olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Prezident Zelenski bildirib ki, Səudiyyə Ərəbistanında Ukraynanı təmsil edəcək heç bir sözçü yoxdur. Bu gün danışıqlar masasında müzakirə oluna biləcək heç nə yoxdur. Rusiya danışıqlara hazır deyil", - M.Podolyak bildirib.

Podolyakın sözlərinə görə, Rusiya üçün danışıqlar bu 3 səbəb üçün lazımdır:

“Birincisi, ordunu təkmilləşdirmək üçün əməliyyat fasiləsi, ikincisi, ultimatum tələblərini artırmaq, üçüncüsü isə sanksiyalar mövzusunda spekulyasiya...”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026