Türkiyədə bir şəxsin evinin həyətində narkotik tərkibli bitkilər yetişdirdiyi məlum olub.
Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Məlumata görə, jandarma qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı həmin şəxs saxlanılıb, bağçada yetişdirilən yüzlərlə çətənə bitkisi müsadirə edilib.
Saxlanılan şəxsin evinin bağçasında 343 kök hint çətənəsi yetişdirdiyi aşkar olunub. Həmçinin, evdə aparılan axtarış zamanı qurudulmaq üçün kəsilmiş 22 kök hint çətənəsi və 49 qram çətənə toxumu da ələ keçirilib.
Nuriyyə Musayeva