• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ordumuzun baş giziri VƏFAT ETDİ - FOTO

HADİSƏ

08 Dekabr 2024 | 17:14 | Müəllif: Subhan Mahmudov

Ordumuzun baş giziri VƏFAT ETDİ - FOTO

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov Heydər Məmmədağa oğlu vəfat edib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki,  xərçəng xəstəliyindən əziyyət çəkən H.Əsədov sakini olduğu Biləsuvar rayonunda dünyasını dəyişib.

O, hərbi tibb kollecində təhsil alıb. Bir çox hərbi hissələrdə tibb məntəqəsində çalışıb.

Tovuz, Aprel döyüşlərinin də iştirakçısı olan Heydər Əsədov Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, 46 yaşlı H.Əsədov 25 illik vətənə xidmətini yenicə başa vurmuşdu.

Ailəli idi, 3 qız övladı vətənə əmanət qaldı.


Ordumuzun baş giziri VƏFAT ETDİ - FOTOOrdumuzun baş giziri VƏFAT ETDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026