• Bakı C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Xuliqanlıqda təqsirləndirilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

HADİSƏ

07 Yanvar 2025 | 13:32

Xuliqanlıqda təqsirləndirilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

Bakının Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bakıvaxtı.az  xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və idmançılar barəsində 3 ay qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

***

13:10

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.

Bakıvaxtı.az “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, insidentdə iştirak edən kikboksçular cinayət məsuliyyətinə cəlb edilib. 

Bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb. 

Prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində  həbsini tələb edir.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılır. 

Qeyd edək ki, insidentə görə Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılıb. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.

Bu iş üzrə zərərçəkmiş mayor Zeynalov ötən gün saytımıza açıqlama verib. O, insidentin sifarişçisinin Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğunu deyib.


SON XƏBƏRLƏR