• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Lənkəranın bir sıra kəndlərini su basdı - sakinlər təxliyə edildi

HADİSƏ

06 Fevral 2025 | 11:34

Lənkəranın bir sıra kəndlərini su basdı - sakinlər təxliyə edildi

İntensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Hazirliyi (FHN) məlumat yayıb.

Bildirib ki, hadisə ilə əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.


Lənkəranın bir sıra kəndlərini su basdı - sakinlər təxliyə edildiLənkəranın bir sıra kəndlərini su basdı - sakinlər təxliyə edildiLənkəranın bir sıra kəndlərini su basdı - sakinlər təxliyə edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026