• Bakı 18° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Sərxoş sürücülər məsuliyyətə cəlb olundu

HADİSƏ

06 Fevral 2025 | 10:07

Sərxoş sürücülər məsuliyyətə cəlb olundu

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bildirilib ki, bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025