Oturaq həyat tərzi keçirən bir çox insan bel nahiyəsinə düşən yükü azaltmaq ümidi ilə ortopedik kresloya keçməyi düşünür. Lakin belə bir dəyişiklik xeyirdən çox zərər verə bilər.
Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq Aleksandr Babuşkin "News.ru"ya müsahibəsində danışıb.
"Əgər siz stulda düz qamətlə oturmağa öyrəşmisinizsə, sonra onu ortopedik kresloya dəyişmək qərarına gəlsəniz, bu zaman qaçılmaz olaraq digər əzələ qruplarında gərginlik yaratmış olacaqsınız və bu da çapıq toxumasının artmasına gətirib çıxaracaq", - deyə həkim bildirib.
Nevropatoloq vurğulayıb ki, uzun müddət oturduqda kürəyə istirahət vermək vacibdir, lakin bunu uzanmaq mövqeyinə keçməklə etmək doğru deyil.
"Kürəyiniz üçün düzgün istirahət - hərəkətdədir", - deyə Aleksandr Babuşkin qeyd edib./Oxu.az