• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağstafada dönərdən kütləvi zəhərlənmə... - YENİLƏNİB

CƏMİYYƏT

14 Mart 2025 | 08:46 | Müəllif: Subhan Mahmudov

Ağstafada dönərdən kütləvi zəhərlənmə... - YENİLƏNİB

Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunan sakinlər evə buraxılıblar.

Bakıvaxtı.az “Report”a istinadla xəbər verir ki, Ağstafa Mərkəzi Rayon Xəstəxanasına qida zəhərlənməsi ilə müraciət edən 10 nəfərə zəruri tibbi yardım göstərilib daha sonra evə buraxılıblar.

Xatırladaq ki, zərərçəkənlərin Ağstafa şəhərində fəaliyyət göstərən kafelərin birindən alınmış dönərlərdən zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

***

13 mart, saat 23:44

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin sayı 10-a çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri – A.O.E. (2021), Abbasova Nərmin Elvin qızı (2006), Məmmədli Mahirə Yavər qızı (1997), M.Z.H. (2020), Rəhimova Mehriban Vasif qızı (1971), S.H.C. (2008), S.G.C. (2015), Y.F.V. (2013), Rəhimova Həmayə Əbülfət qızı (1944), Əsədli Zaman Mehman oğlu (2004).

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 

Faktla bağlı araşdırma aparılır.

23:43

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin adları məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri, 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə, 2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 

Faktla bağlı araşdırma aparılır./report

 

***22:23

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb. 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026