• Bakı 21° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Ötən ay dövlət xəttilə 63 mln. manat ipoteka krediti verilib

İQTİSADİYYAT

25 Aprel 2024 | 15:50

Ötən ay dövlət xəttilə 63 mln. manat ipoteka krediti verilib

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 115 milyon manat kredit verilib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% və ya 4 milyon çoxdur.

    Cari ilin yanvar-mart aylarında Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 26,8% və ya 25.9 milyon manat azalaraq 70,6 milyon manat təşkil edib.

    Qeyd edək ki, bu ilin yanvar ayında 16.1 milyon manat, fevral ayında 36.1 milyon manat, mart ayında isə 62.8 milyon manat ipoteka kreditləri verilib.


    SON XƏBƏRLƏR