Bu ilin aprel ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 26 min 963 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə Bakıvaxtı.az--a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 25 min 191-i rəsmi məktub və telefon zəngi, 1 772-si isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.