2025-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 865 min nəfərdən çox olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 462 mindən çoxunu aylıq sosial müavinət, 403 mindən çoxunu isə təqaüd alanlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 845 min nəfərdən çox olub.Onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.