• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ötən ay zəhərlənənlərin SAYI AÇIQLANDI

CƏMİYYƏT

03 Mart 2022 | 09:51 | Müəllif: Qalib İbrahimoğlu

Ötən ay zəhərlənənlərin SAYI AÇIQLANDI

Ötən ay Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a Mərkəzin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, müraciət edənlərdən 118-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan, 13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib. Digərlərindən 10-u anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 7-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 54-ü qadın, 50-si kişi, 14-ü uşaq olub.

Həkimlərin səylərinə baxmayaraq, 118 nəfərdən (3 qadın, 5 kişi) 8-nin həyatını xilas etmək mümkün olmayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026