Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri Ramiz Əsgər aprelin 6-da vəzifəsindən çıxacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə R.Əsgər "Facebook"da yazıb.
10 il kafedra müdiri vəzifəsində işlədiyn yazan professor, çox yorulduğunu qeyd edb: "Artıq hər şey və hər kəs üçün cavabdeh olmaqdan təngə gəldim".
Onun sözlərinə görə, rektorun xahişi ilə kafedrada yarım ştat müəllim olaraq qalacaq və türkoloji araşdırmalar mərkəzinə rəhbərlik edəcək: "Sevdiyim işlə məşğul olmağa bol vaxtım olacaq. Maaşda təxminən 150 manat itirəcəyəm, əvəzində hər ay 150 saat qazanacağm".
Aytac Aslan
















