Azərbaycanda mayın 15-də koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 8 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 659 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 300 nəfər müalicə olunaraq sağalıb, hazırda 91 aktiv xəstə var. Bu günə qədər 10 268 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 502, bu günə qədər isə ümumilikdə 7 604 861 test icra olunub.

















