• Bakı 23° C

    6.99 m/s

Naxçıvanda STEAM Mərkəzi açıldı

CƏMİYYƏT

14 Iyun 2023 | 20:21 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda STEAM Mərkəzi açıldı

İyunun 14-də Naxçıvan şəhərində STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və digər qonaqlar iştirak ediblər.

Qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, zəruri avadanlıqlarla təmin olunan mərkəzdə xüsusi istedadı ilə seçilən bacarıqlı şagirdlərin təhsil alması nəzərdə tutulur.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında yerləşən 212 məktəbin 156-da STEAM kabinetləri yaradılıb. 400-dən çox müəllim STEAM təlimlərinə, 19 minə yaxın şagird isə STEAM təhsilinə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026