• Bakı 19° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Ötən il abituriyentlərin 50 faizi 500-dən yuxarı bal toplayıb

CƏMİYYƏT

05 May 2025 | 10:10

Ötən il abituriyentlərin 50 faizi 500-dən yuxarı bal toplayıb

Bakı şəhərinin 2024-cü il məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə dair bəzi statistik məlumatlar açqılanıb.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, şəhər məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 8.24% (1798 nəfər), 100-200 intervalında 23.82% (5197 nəfər), 200-300 intervalında 21.83% (4763 nəfər), 300-500 intervalında 32.03% (6988 nəfər), 500-dən yuxarı 14.08% (3073 nəfər). Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb.

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 50.44%-dir.


SON XƏBƏRLƏR